Tacikistandakı həbsxanalarda olan əfqan məhkumlar ölkəsinə qaytarılır. SİA-nın türk mətubatına istinadan verdiyi məlumata görə, Əfqanıstan və Tacikistan dövlət başçıları arasında imzalanan razılaşma çərçivəsində 15 əfqan məhbus ölkəsinə təslim edilib. Ölkəsinə göndərilən məhkumların qeyri-qanuni sərhəd pozuntusu və narkotik qaçaqçılığına görə həbs cəzası aldığı bildirilir.
Tacikistan hökuməti digər məhkumları öz sərhədinə yaxın olan Əfqanıstanın Badahşan və Kunduz əyalətində digər tərəfə təslim edəcək.
Qeyd edək ki, Tacikistandakı həbsxanalarada 82 əfqan, Əfqanıstandakı həpsxanalarda isə 20 tacik vətəndaşı həbsdədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB