Angela Merkel "erməni soyqırımı"na qarşı: Almaniya cəmiyyəti nə istəyir?

Angela Merkel "erməni soyqırımı"na qarşı: Almaniya cəmiyyəti nə istəyir?

Almaniyada qondarma "erməni soyqırımı"nı dananların cinayət məsuliyyətinə cəlb olunması prosedurunun tətbiqi imkanları dəyərləndirilməyəcək. Bunu ölkə kansleri Angela Merkel bildirib. Hökumət rəhbəri məsələyə elə-belədən münasibət bildirməyib. İş burasındadır ki, Almaniyada "Gələcək haqqında dialoq" adlandırılan layihə çərçivəsində sorğu keçirilib.


Belə görünür, sorğuda rəyi soruşulanlar çox "kreativ" adamlar olublar. Onlar gələcəkdə heyvanlarla cinsi əlaqəyə girməyə qadağa qoyulması, çətənənin leqallaşdırılma kimi məsələlərlə yanaşı, "erməni soyqırımı"nı danmanın kriminallaşdırılmasını da istəyiblər. Heyvanlarla cinsi əlaqəyə girildiyi bir cəmiyyətdə (hər halda məsələ təsadüfən üzə çıxmayıb. Deməli, kütləvilik var) kimisə "erməni soyqırımı"nın düşündürdüyünə inanmaq çətin olsa da, sorğudan gəlinən qənaət bundadır ki, guya düz 157 min alman qondarma iddianı danmanın həbslə nəticələnməsini istəyir.


Kansler Merkel məsələyə münasibət bildirərkən təkcə "erməni soyqırımı"nı inkarın kriminallaşdırılmasının deyil, eyni zamanda islam dini ilə bağlı sərt diskussiyaları da kənara qoymağın vacibliyini vurğulayıb. O, əsas həlli vacib vəzifələr kimi şəhər və rayonlarda ağacların əkilməsini, heykəllərin ucaldılmasını önə çəkib. Kansler həmçinin doğuşun evlərdə aparılması, süni mayalanmanın bütün vətəndaşlar üçün əlçatan olması kimi məsələlərə müsbət reaksiya verib.

Bütün xəbərlər Facebook səhifəmizdə