Fransa seçkilərə kiminlə gedir?

Fransa seçkilərə kiminlə gedir?

Fransada prezident seçkiləri kampaniyasına start verilib. BBC-nin verdiyi məlumata görə, kampaniya aprelin 21-nədək davam edəcək. Bu müddət ərzində prezidentliyə iddialı 10 namizədə televiziya və radioda bərabər təşviqat şəraiti yaradılacaq. Hər bir namizədə efirdə təşviqat üçün 43 dəqiqə ayrılıb. Mərkəzçilərin namizədi Fransua Bayrunun təşviqat çarxı artıq yayımlanıb.


Seçkilərdə əsas rəqiblər Xalq Hərəkatı Uğrunda İttifaqın namizədi, hazırkı prezident Nikola Sarkozi və sosialistlərin namizədi Fransual Ollanddır. Bundan başqa, solçular, yaşıllar, kommunistlər və s. siyasi qüvvələr də seçkilərdə öz namizədləri ilə iştirak edirlər.


İndi sorğuların nəticələrinə görə, Nikola Sarkozi reytinqinə görə Fransaua Ollandı çox az qabaqlayır. Əksər politoloqların fikrincə, Fransada ilk turda prezident seçmək mümkün olmayacaq və ikinci tur qaçılmazdır.


Qeyd edək ki, prezident seçkilərinin ilk turu aprelin 22-də keçirilməlidir. Ehtiyac yaransa, mayın 6-da ikinci tur olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə