İraqın paytaxtında bir gündə 4 partlayış törədilib, 20 nəfər ölüb - FOTO
İraqın paytaxtı Bağdadın şiə rayonlarında bir gündə dörd dəfə partlayış törədilib. SİA-nın "Newsru" saytına istinadən verdiyi xəbərə görə, sonuncu partlayış nəticəsində 20 nəfər ölüb, onlarla adam yaralanıb.
Əvvəlcə Bağdadın Şiələr yaşayan Sədr-siti adlanan rayonunda bomba qoyulmuş motosiklet və yol qırağına yerləşdirilmiş partlayıcı maddə partladılıb. İki saat sonra Əl-Kazimiyyə rayonunda fuqas tipli iki bomba partladılıb. Partlayışlar birinci hadisədə yaralananların aparıldığı xəstəxananın yaxınlığında baş verib.
Baş verən partlayışlara görə, məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB