Meksika körfəzində itkin düşən neftçilər tapıldılar

Meksika körfəzində itkin düşən neftçilər tapıldılar
Sentyabrın 8-də Meksika körfəzində itikin düşmüş 10 neftçidən 7-si tapılıb. SİA "Associated Press" agentliyinə istinadən xəbər verir ki, neftçilər gecə saatlarında Meksika sahillərindən 80 km aralıda tapılıblar. Sağ qalanlarla yanaşı iki nəfərin cəsədi də aşakar edilib. Yerdə qalan üç nəfərin isə axtarışı hələ də davam etdirilməkdədir.
Xəbər verildiyi kimi, sentyabrın 8-də Texasın Geokinetics şirkətinə mənsub olan "Trinti II" gəmisində dənizə çıxan neftçilərlə əlaqə kəsilmişdi. Məlum olmuşdu ki, "Neyt" topik qasırğası səbəbilə neftçilər təhlükəli yerdən uzaqlaşmaq üçün batmaqda olan gəmidən aralanıblar. Onlar hava ilə doldurulmuş qayıqlarda canlarını xilas etməyə cəhd göstəriblər. Eyni zamanda bildirilirdi ki, itkin düşənlər arasında dörd ABŞ, dörd Meksika və bir Qazağıstan vətəndaşı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə