Böyük Britaniya kral ailəsinin üzvü, Sasseks hersoqu Şahzadə Harrinin ölkəyə ailəsi ilə birlikdə daha tez-tez səfər edə bilmək üçün dövlət tərəfindən maliyyələşdirilən mühafizə xidmətinin bərpasına çalışdığı bildirilir.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, şahzadə bu məqsədlə daxili işlər naziri ilə görüşərək təhlükəsizlik tədbirlərinin yenidən nəzərdən keçirilməsini müzakirə etməyi planlaşdırır.
Mənbələrin sözlərinə görə, Harri atası Kral III Çarlzla daha tez-tez görüşmək və uşaqlarının babaları ilə vaxt keçirməsinə şərait yaratmaq istəyir.
Qeyd olunur ki, Şahzadə Harri və həyat yoldaşı Meqan Markl 2020-ci ildə ABŞ-yə köçdükdən sonra övladları Böyük Britaniyaya çox nadir hallarda səfər ediblər. Harri gələn il Birminqemdə keçiriləcək “Invictus Games” yarışlarında iştirak etmək üçün Krallığa qayıdacaq və ailəsinin də onu bu səfərdə müşayiət edəcəyinə ümid edir. Hazırda o, ölkəyə səfərləri zamanı təhlükəsizlik xərclərini öz cibindən qarşılayır.
Xatırladaq ki, Şahzadə Harri ötən il Daxili İşlər Nazirliyinə qarşı qaldırdığı iddia üzrə apellyasiya şikayətini uduzub. Bundan əvvəl Kral ailəsi üzvlərinin və ictimai xadimlərin mühafizəsinə cavabdeh olan komitə onun Böyük Britaniyada olduğu müddətdə dövlət tərəfindən təmin edilən təhlükəsizlik səviyyəsinin azaldılması barədə qərar qəbul etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB