Fransadan ADDIM - İsrailə görə BMT Təhlükəsizlik Şurasının iclasını çağırdı

Fransa İsrailin Livanda davam edən hərbi əməliyyatları fonunda BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasını çağırmağa qərar verib. Bu barədə respublikanın xarici işlər naziri Jan-Noel Barro "BFMTV" telekanalının efirində bəyanatla çıxış edib.

SİTAT: "Mən BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb etdim. İsrailin Livandakı hərbi əməliyyatlarını davam etdirməsinə və Livan ərazisini getdikcə daha çox işğal etməsinə heç bir şey bəraət qazandıra bilməz", - deyə nazir vurğulayıb.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə