...İran Hörmüz boğazından keçərkən Moskva və Pekin üçün güzəştli rejim tətbiq edəcək.
SİA-nın əldə etdiyi məlumata görə, RİA Novosti İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin rəhbəri İbrahim Əziziyə istinadən xəbər verir.
O, Moskva və Pekinin Tehranın strateji tərəfdaşları olduğunu və buna görə də Hörmüz boğazı ilə bağlı xüsusi münasibət və əlverişli şərtlərə sahib olduqlarını vurğulayıb.
Əzizinin sözlərinə görə, üstünlüklər həm ticarət gəmilərinə, həm də tankerlərə şamil ediləcək.
Agentliyin mənbəyi əlavə edib ki, Rusiya və Çin ən çətin anlarda respublikanın yanında olmaqla İranla əməkdaşlığa sadiq olduqlarını nümayiş etdiriblər.
...Boğazın bizim üçün xüsusi geosiyasi əhəmiyyəti var. Bu, bizim ərazi sularımızın və coğrafiyamızın bir hissəsidir, ona görə də İranın bununla bağlı zəruri hesab etdiyi istənilən qərarı vermək hüququ var və heç kim bu hüququ şübhə altına ala bilməz, - Əzizi yekunlaşdırıb.
İran daha əvvəl Vaşinqtonun Tehranla qarşıdurmada uğursuz olduğunu və uğursuzluqları ilə ABŞ-ın supergüc olması ilə bağlı bütün iddiaların sadəcə boş sözlər olduğunu nümayiş etdirdiyini bildirmişdi.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB