Yaponiya əhalisində tarixi azalma başlayıb

Sürətlə qocalan əhalisi və doğum səviyyəsinin uzunmüddətli azalması ilə mübarizə aparan Yaponiyada son açıqlanan rəsmi əhali siyahıyaalınmasının nəticələri demoqrafik böhranın miqyasını bir daha ortaya qoyub.

SİA xarici mətbuata istinadən xəbər verir ki, hər beş ildən bir keçirilən siyahıyaalmanın nəticələrinə əsasən, ölkə əhalisi son beş ildə 2,5 faiz azalaraq 123 milyona enib.

Bu azalma 1920-ci ildən etibarən əhali siyahıyaalınmalarının aparılmasına başlanıldıqdan bəri qeydə alınan ən böyük əhali itkisi kimi tarixə düşüb. Artıq ardıcıl üçüncü dövrdür əhalisi davamlı şəkildə azalan ölkədə ölənlərin sayının doğulanlardan xeyli çox olması bu tarixi azalmanın əsas səbəbi kimi göstərilir.

Bütün xəbərlər Facebook səhifəmizdə