Avropada ölümcül isti dalğası

Avropa may ayında misli görünməmiş isti hava dalğasının təsiri altına düşüb. “İstilik qübbəsi” adlandırılan sabit yüksək təzyiq sahəsi səbəbindən bir çox ölkədə temperatur mövsüm normasından 10–15 dərəcə yüksək olub.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərənin paytaxtı London şəhərində yerləşən Kew Gardens ərazisində termometrlər 35,1 dərəcə selsi göstərərək ölkə tarixində may ayı üzrə ən yüksək temperatur rekordu qeydə alınıb. Bu göstərici bir gün əvvəl yenə Londonda qeydə alınan 34,8 dərəcəlik rekordu da geridə qoyub.

İngiltərədə bundan əvvəl may ayında qeydə alınmış ən yüksək temperatur isə 1922 və 1944-cü illərdə 32,8 dərəcə olub. Oxşar vəziyyət İrlandiyada da müşahidə olunub. Burada temperatur 28,8 dərəcəyə çataraq ölkənin may ayı üzrə rekordunu yeniləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə