Rusiya Ukraynada dəmir yolunu bombalayıb - yaralananlar var

"Bu gün Rusiya qoşunları Zaporojyedə mülki dəmir yolu infrastrukturuna və vaqon parkına hücum edib."

Bu barədə "Ukrzaliznıtsya" (Ukrayna Dəmir Yolları) məlumat yayıb. Zərbə nəticəsində elektrovoz və teplovoza ziyan dəyib.

Hücum zamanı bir maşinist həlak olub, daha iki dəmir yolu əməkdaşı isə xəsarət alıb. Yaralılara bütün zəruri tibbi yardım göstərilib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə