Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində uzun illər fəaliyyət göstərən məşhur şokolad istehsalçısı DreiMeister Spezialitäten maliyyə çətinlikləri səbəbindən iflasa uğrayır.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, əl istehsalı olan trüf və pralin məhsulları ilə tanınan şirkətin əsası 1950-ci illərdə qoyulub. Hazırda məhsulları 20-dən çox ölkəyə ixrac olunan şirkət rəsmi olaraq iflas prosesi çərçivəsində yenidən strukturlaşdırma mərhələsinə keçib.
Bununla belə, şirkət istehsal fəaliyyətinin tam dayandırılmayacağını açıqlayıb. Bildirilib ki, yenidən strukturlaşdırma prosesi müddətində əməkdaşların maaşları da təminat altında olacaq.
Şirkətin rəhbəri Markus Luckey maliyyə böhranının əsas səbəbləri kimi xammal, enerji və işçi qüvvəsi xərclərinin kəskin artmasını göstərib.
Onun sözlərinə görə, xüsusilə son dövrdə rekord həddə çatan kakao qiymətləri Almaniyanın şirniyyat sektoruna ciddi təsir göstərib.
Lətifə Abdıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB