Rusiyadan atəşkəs ELANI

Rusiya İkinci Dünya müharibəsində Qələbənin qeyd olunması şərəfinə 8 və 9 may tarixlərində atəşkəs elan edir. Bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib. "Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ali Baş Komandanı Vladimir Vladimiroviç Putinin qərarına əsasən, Böyük Vətən müharibəsindəki Qələbənin qeyd edilməsi şərəfinə 8-9 may 2026-cı il tarixlərində atəşkəs elan edilir", - bəyanatda qeyd olunub.

Həmçinin bəyanatda bildirilib ki, Moskva atəşkəsin elan edilməsi ilə əlaqədar Kiyevin ondan nümunə götürəcəyini gözləyir. Amma maraqlıdır ki, bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski vurğulayıb ki, Kiyev Rusiyadan atəşkəslə bağlı rəsmi təklif almayıb.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə