İsrail Livanın bu ərazilərini nəzarətə götürüb - İDDİA

İsrail ordusunun bölmələri Livan ərazisinin 5 kilometr dərinliyinə daxil olaraq 8 yaşayış məntəqəsini nəzarətə götürüb. Bu iddia ilə “Asharq al-Awsat” nəşri çıxış edib. Nəşrin məlumatına görə, cəbhənin mərkəzi hissəsində İsrail qoşunları Litani çayının sahilinə çıxmaq üçün Ət-Tayba şəhərindən Deyr-Siryan rayonu istiqamətində irəliləyir. Bu istiqamətdə hücumun uğurla nəticələnməsi “Hizbullah”ın təchizat xətlərini kəsmək məqsədilə Vadi əl-Huceyr dərəsinə hücum etməyə imkan verəcək.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə