"Bu Türkiyəni də narahat edir" - Hakan Fidandan müharibə açıqlaması

İranın hücum etdiyi ölkələr əks-hücum hüquqlarından istifadə etsə, müharibənin cəbhəsi ikitərəfli genişlənəcək.

Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan "TRT Haber"in canlı yayımında deyib. "Bu isə risklidir, çünki İranın hücumuna məruz qalan ölkələrdə hədəf yalnız ABŞ-nin bazaları deyil, enerji obyektləri də atəşə tutulur", - o bildirib.

H.Fidan əlavə edib ki, savaşın daha geniş coğrafiyaya yayılma ehtimalı Türkiyəni də narahat edir.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə