Süveyş kanalı yenidən risk altında: iri gəmiçilik şirkətləri keçidi dayandırır

Regionda baş verən son hadisələr fonunda gəmiçilik şirkətləri yenidən Süveyş kanalı ilə hərəkətdən çəkinməyə başlayıblar. “A.P. Moller – Maersk”, “Hapag-Lloyd” və “CMA CGM” şirkətləri kanal vasitəsilə keçidi dayandırdıqlarını və marşrutlarını alternativ istiqamətlərə yönəltdiklərini elan ediblər. Onları daha çox narahat edən Yəməndə husilərin yendiən gəmilərə hücum edəcəyi ilə bağlı ehtimallardır.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu addımlar qlobal ticarət üçün həyati əhəmiyyət daşıyan və Misir iqtisadiyyatının əsas dayaqlarından biri hesab edilən mühüm su yolunun tezliklə bərpasına olan ümidləri puça çıxarıb.

Ötən ilin sonlarında Maersk və digər gəmiçilik şirkətləri Süveyş kanalından istifadəni bərpa edəcəklərini bildirmişdilər.

Rəsmi Qahirənin hesablamalarına görə, husilərin Qəzzadakı müharibə ilə əlaqədar İsrailə təzyiq göstərmək məqsədilə beynəlxalq gəmiləri hədəfə alması nəticəsində Misir potensial keçid rüsumlarından təxminən 9 milyard dollar itirib.

Bütün xəbərlər Facebook səhifəmizdə