Yanvarın 29-da Rusiyanın Su-30SM2 qırıcılarının daha bir partiyası Belarusun Baranoviçdəki aviabazasına gəlib.
SİA Belarus Müdafiə Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, gələn təyyarələrin dəqiq sayı barədə məlumat verilmir.
Qeyd edək ki, bu tip təyyarələrin Belarusa əvvəlki tədarüklərini nəzərə alsaq, söhbət bir və ya iki təyyarədən gedir. Məlumdur ki, son bir ildə ölkə üç partiya Su-30SM2 alıb. Su-30SM2 qırıcılarının birinci partiyası Baranoviçiyə 2025-ci ilin mayında, ikinci partiyası isə avqustda gəlib. Beləliklə, bu gün Belarusun hava qüvvələrinin tərkibində ümumilikdə ən azı 7-8 Su-30SM2 təyyarəsi ola bilər.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB