"Bizə diktə etməyə çalışırlar" - İranlı nazirdən AÇIQLAMA

İranın xarici işlər naziri Abbas Arakçı X hesabında ABŞ-la bağlı paylaşım edib. İranlı nazir yazır ki, "Qərb yarımkürəsində sarı rənglə qeyd olunan ərazi ABŞ-dır. Planetin o biri tərəfində sarı rənglə işarələnən ərazi isə İrandır. Qırmızı rəngli kiçik dairə də Hörmüz boğazını göstərir. Sahillərimizin yaxınlığında fəaliyyət göstərən ABŞ ordusu bizim silahlı qüvvələrimizin öz ərazisində təlimlər keçirməsi qaydalarını diktə etməyə çalışırlar."

İranlı nazır fikirlərini daha sonra belə davam edir: “ABŞ Mərkəzi Komandanlığı Vaşinqtonun “terror təşkilatı” siyahısına daxil etdiyi milli hərbi qüvvədən “peşəkarlıq” tələb edir və bununla yanaşı, həmin “terror təşkilatının” hərbi təlimlər keçirmək hüququnu da tanıyır!

Ancaq bu, absurddur, çünki İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) həmişə Fars körfəzi və Hörmüz boğazında sülh, sabitliyin müdafiəçisi olub və olmaqda da davam edir. Bizim bölgəmizdə o, həm terrorçulara, həm də işğalçı hərbi qüvvələrə qarşı döyüş meydanında öz gücünü sübut etmiş qorxulu bir qüvvə kimi tanınır.

Hörmüz boğazında gəmiçiliyin azadlığı və ticarət gəmilərinin təhlükəsiz keçidi həm İran, həm də qonşularımız üçün həyati əhəmiyyət daşıyır”, - deyə Arakçı qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə