Türkiyədə mikroavtobus aşıb, xarici tələbələr xəsarət alıb

Türkiyənin Karabük şəhərində əcnəbi tələbələri daşıyan mikroavtobus idarətemədən çıxaraq xəndəyə düşüb, 17 nəfər yaralanıb. "Haber Global" telekanalının məlumatında deyilir ki, qəza Keltepe Xizək Mərkəzi yolunda baş verib. 78 ACL 031 nömrəli mikroavtobus xizək mərkəzindən qayıdarkən dərəyə aşıb.

Məlumata görə, nəqliyyat vasitəsində xəsarət alanlar sürücü və 16 əcnəbi tələbədir.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə