Tramp Zelenski ilə görüşdən sonra Putinə mesaj çatdırdı...

Görüş təxminən bir saat davam etdi...

...SİA xəbər verir ki, Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforovun unian.net saytına verdiyi məlumata görə, Davosda Ukrayna prezidenti Vladimir Zelenski ilə ABŞ prezidenti Donald Tramp arasında bir saatlıq görüş başa çatıb. Danışıqların nəticələri hələ məlum deyil. Lakin prezidentin kommunikasiya üzrə müşaviri Dmitri Litvinin qeyd etdiyi kimi, "görüş yaxşı keçib".

Nikiforovun jurnalistlərə verdiyi məlumata görə, Ukrayna və ABŞ prezidentləri sonda qısa, təkbətək görüş keçiriblər. Donald Tramp daha sonra Zelenski ilə görüşün "yaxşı keçdiyini" bildirib.

ABŞ prezidenti həmçinin Putinə mesaj çatdırıb: "Müharibə bitməlidir".

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə