...Digər beynəlxalq böhranlara baxmayaraq, Ukrayna Avropa liderləri və tərəfdaşları üçün əsas prioritet olaraq qalmalıdır.
SİA xəbər verir ki, “The Guardian” qəzetinin məlumatına görə, NATO-nun baş katibi Mark Rutte bunu Davosda keçirilən Dünya İqtisadi Forumundakı çıxışı zamanı bildirib.
Rutte sülh prosesi və Avropanın razılaşdırdığı 90 milyard avroluq dəstək paketinin diqqəti Ukraynadakı müharibədən yayındıra və diqqəti digər qlobal çağırışlara yönəldə biləcəyindən narahatlığını ifadə edib.
NATO-nun baş katibi vurğulayıb ki, "Ukraynaya diqqət yetirmək bizim bir nömrəli prioritetimiz olmalıdır. Ukrayna birinci yerdə olmalıdır, çünki bu, həm ABŞ, həm də Avropa üçün təhlükəsizlik məsələsidir".
O, həmçinin ABŞ-ın lazım gələrsə, Avropanın müdafiəsinə qalxmağa hazır olduğuna şübhə etmədiyini bildirib və transatlantik tərəfdaşlığın vacibliyini vurğulayıb.
Rutte həmçinin Donald Trampın Avropa NATO ölkələrində müdafiə xərclərinin artırılmasındakı rolunu qeyd edərək, hərbi büdcələrin artmasına səbəb olanın onun mövqeyi olduğunu qeyd edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB