"Qrenlandiyanın yanındayıq" - Kanadanın Baş nazirindən Trampa MESAJ

Kanadanın baş naziri Mark Kafenin Davosda Qrenlandiya barədə bəyanat yayıb. SİA xəbər verir ki, Kanada lideri bəyan edib ki, onun ölkəsi ABŞ hakimiyyətinin Qrenlandiyanı Birləşmiş Ştatlara birləşdirmək niyyəti ilə bağlı açıqlamalarına cavab olaraq Qrenlandiyanın özünü müəyyənetmə hüququnu qətiyyətlə müdafiə edir.

"Arktika suverenliyi ilə bağlı biz Qrenlandiya və Danimarkanın yanındayıq. Qrenlandiyanın gələcəyini müəyyən etmək üzrə unikal hüququnu tam dəstəkləyirik", – o bildirib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə