...SİA-nın əldə etdiyi məlumata görə, Reuters xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanın güc yolu ilə ələ keçirilməsi ehtimalı ilə bağlı suala cavab verməkdən yayınıb.
Eyni zamanda, Amerika lideri adada razılaşma əldə edilmədiyi təqdirdə Avropa mallarına tarif tətbiq etməyə hazır olduğunu bildirib.
...Mən bunu 100 faiz edəcəyəm, - deyə Ağ Ev rəhbəri jurnalistlərin sualına cavab verib.
17 yanvarda Tramp Qrenlandiya ətrafındakı vəziyyətlə əlaqədar bir neçə Avropa ölkəsinə qarşı tariflər elan etdi. Tədbirlər Danimarka, İsveç, Fransa, Almaniya, Hollandiya və Finlandiyaya, eləcə də AB üzvü olmayan Böyük Britaniya və Norveçə təsir edəcək.
Tariflər 10 faiz olacaq və 1 fevral 2026-cı il tarixindən qüvvəyə minəcək. Bundan əlavə, Amerika lideri 1 iyun tarixində bu tarifləri 25 faizə çatdırmaqla hədələyir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB