Elon Mask uşaq doğmağa çağırıb...

...Amerikalı milyarder sahibkar və Tesla və SpaceX şirkətlərinin baş direktoru Elon Mask doğum nisbətinin dünya miqyasında azaldığını bildirib.

SİA-nın məlumatına görə, o, narahatlıqlarını X sosial media platformasında bildirib.

Mask qeyd edib ki, doğum nisbətləri Yer kürəsinin demək olar ki, hər yerində olduqca aşağı olaraq qalır. O, inanır ki, bu tendensiya davam edərsə, zamanla bütün ölkələr və mədəniyyətlər yox ola bilər.

...Əgər uşaq sahibi olmağı dayandırsaq, bəşəriyyət mövcudluğuna son qoyacaq, - deyə sahibkar vurğulayıb.

Daha əvvəl Mask bütün insanların ölüm üçün proqramlaşdırıldığını, lakin uzunömürlülük məsələsinin həll edilə biləcəyini bildirmişdi.

O, uzunömürlülüyü bir məqsəd kimi gördüyünü və yolda qarşılaşdığı çətinliklərin aradan qaldırıla biləcəyini izah etmişdi. O, bu prosesi idarə edən xüsusi bir mexanizmin olduğuna inanır, lakin yaxın gələcəkdə bütün insanların yüksək keyfiyyətli səhiyyə xidmətlərinə çıxışı olacaq.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə