Ipsos BVA tərəfindən CESI mühəndislik məktəbi ilə tərəfdaşlıq çərçivəsində aparılan sorğu nəticəsində fransızların prezident Emmanuel Makrondan getdikcə daha çox məyus olduqları aşkar edilib.
SİA xəbər verir ki, ictimai rəy araşdırmasının nəticələri La Tribune Dimanche tərəfindən dərc edilib.
Sorğuya görə, Makronun reytinqi rekord səviyyədə aşağı düşüb: respondentlərin yalnız 18 faizi onun siyasətini bəyənib.
Bu arada, respondentlərin 79 faizi narazı qalıb ki, bu da 2025-ci ilin dekabr ayı ilə müqayisədə iki bal çoxdur.
...Təəccüblü olan Makronun öz dəstək bazasının kövrəkliyidir, - deyə Ipsos BVA-nın idarəedici direktoru Bris Tenturye qeyd edib.
Onun dediyinə görə, sorğu göstərir ki, Fransa prezidenti Renessans, Demokratik Hərəkat və Horizons da daxil olmaqla, tərəfdarları arasında 10 bal itirib və hazırda seçicilərinin yalnız 52 faizinin dəstəyini qazanıb.
Bu arada, Baş nazir Sebastyan Lekornunun bəyənmə reytinqi 29 faiz, mənfi reytinq isə 58 faiz təşkil edib. Fransa ictimaiyyəti arasında ən populyar siyasətçi 35 faiz bəyənmə ilə ifrat sağçı Milli Yürüşün lideri Jordan Bardella olub. Milli Yürüş parlament qrupunun rəhbəri Marin Le Pen isə 33 faiz bəyənmə ilə ikinci yerdədir. Bu siyasətçilərin reytinqləri 2025-ci ilin dekabr ayından bəri müvafiq olaraq iki və üç faiz bəndi artıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB