İranın Kəşfiyyat Nazirliyi (ETTELAAT) ölkədə baş verən etiraz aksiyalarında iştirak etdiyi iddia olunan 32 nəfərlik casus şəbəkəsinin aşkarlandığını bəyan edib.
Bu barədə İran hökumətinin rəsmi internet saytı olan dolat.ir məlumat yayıb. Rəsmi açıqlamaya görə, təhlükəsizlik orqanları tərəfindən həyata keçirilən əməliyyatlar nəticəsində 12 şübhəli şəxs həbs edilib, daha 13 nəfər isə dindirilmək üçün hüquq-mühafizə orqanlarına çağırılıb.
Məlumata əsasən, saxlanılan və istintaqa cəlb olunan şəxslər məscidlərin yandırılmasında, hökumət binalarına hücumların təşkilində, eləcə də polis və hərbi obyektlərə qarşı hücumlara təhrik etməkdə ittiham olunurlar.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB