"bu addım təhlükəli presedent yarada bilər" - Antoniu Quterreş ABŞ-ı hədəf aldı
BMT-nin Baş katibi Antoniu Quterreş Venesueladakı hadisələrlə bağlı sərt xəbərdarlıqla çıxış edib. SİA-nın məlumatına görə, BMT rəhbəri bəyan edib ki, ABŞ-ın hərbi əməliyyatı Venesueladakı qeyri-sabitliyi kəskinləşdirə, bütün Latın Amerikası regionuna mənfi təsir göstərə, həmçinin beynəlxalq münasibətlərdə təhlükəli presedent yarada bilər. SİTAT: "Mən ölkədə qeyri-sabitliyin mümkün kəskinləşməsi, regiona potensial təsiri, eləcə də ölkələr arasında münasibətlər üçün bunun yarada biləcəyi presedent barədə dərindən narahatam". O, Venesueladakı son hadisələrlə əlaqədar beynəlxalq hüquq prinsiplərinə ciddi riayət etməyin zəruriliyini vurğulayıb.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB