Çində olan rusiyalı turistlər sərhəddə saxlanılır...

...dərmanları və alış-verişləri müsadirə olunur...

....Vizasız səyahətin tətbiqindən sonra rusiyalı turistlər Çin hava limanlarında təhlükəsizlik yoxlamalarının artırılması ilə üzləşiblər.

SİA-nın məlumatına görə,Telegram-dakı Baza mənbəyi bildirir ki, gömrük işçiləri, xüsusən də Hunçun, Harbin, Suifenhe və Hainan kimi məşhur yerlərdə baqajları daha diqqətlə yoxlamağa başlayıblar.

Turistlər nəzarət məntəqələrində əhəmiyyətli gecikmələr olduğunu bildirirlər.

Bəzi hallarda vaxt iki saat yarıma qədər artıb.

Hainandan Pekinə qayıdan rusiyalı turist Zülfiyyə T. sərhədçilərin onu hər bir vacib dərman paketini yoxlamağa məcbur etdiyini bildirib.

O, tez-tez Çinə səyahət etdiyini, lakin əvvəllər heç vaxt belə ciddi yoxlamalarla qarşılaşmadığını qeyd edib.

Suifenhe nəzarət məntəqəsində Larisa O. ilə də oxşar vəziyyət yaşanıb. O, 13 saat ərzində yemək və su olmadan saxlanılıb və gömrük işçiləri təxminən 300.000 rubl dəyərində əşyaları müsadirə ediblər.

Çindən giriş və çıxış qaydaları 55.000 rubldan çox dəyərində malların, eləcə də 3000 rubldan çox dəyərində Çin dərmanlarının bəyan edilməsini tələb edir.

Turistlər bəyan etmədən 220.000 rubla qədər əşya gətirə bilərlər. Nəzarətin gücləndirilməsi bir çox rusiyalı səyahətçini sərhəd limitlərini və gecikmə riskini nəzərə alaraq alış-verişlərini və dərmanlarını əvvəlcədən planlaşdırmağa vadar edib.

Bu vəziyyət turistlər arasında sosial mediada və mesajlaşma tətbiqlərində müzakirə dalğasına səbəb olub.

Onlar sərhəd nəzarətindən keçmə təcrübələrini və potensial problemlərin minimuma endirilməsi üçün tövsiyələrini bölüşürlər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə