Çukçi dənizindəki Kolyuçin adasında qütb ayıları keçmiş qütb stansiyasının binalarında məskunlaşıblar. Tədqiqatçılar onu 30 ildən çox əvvəl tərk ediblər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Reuters yazır.
Səyahət-blogger Vadim Maxorov dron vasitəsilə bu qeyri-adi mənzərəni çəkib.
Kadrlarda ayıların sərbəst şəkildə binalar arasında dolaşdığı, pəncərə və qapılardan bayıra baxdığı, hətta birinin təyyarəni dişləməyə cəhd etdiyi görünür.
Maxorovun sözlərinə görə, heyvanlar binalardan külək və yağışdan sığınacaq kimi istifadə edir və orada özlərini kifayət qədər rahat hiss edirlər.
Bu gün stansiya və ona bitişik kənd tamamilə tərk edilib və onların yeni “sakinləri” Arktikanın simvolları – qütb ayılarıdır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə