Baş nazir bu hücumda Rusiyanın iştirakını istisna etmir...

Kopenhagen polisi araşdırma aparır.

...Danimarkanın baş naziri Mette Frederiksen deyib ki, o, Kopenhagen hava limanını 4 saat ərzində bağlayan gecədə baş verən pilotsuz təyyarə insidentinin arxasında Rusiyanın dayandığını “heç bir halda istisna edə bilməz”.

SİA-nın məlumatına görə, bu barədə Politico yazır.

Frederiksen bunu "bu günə qədər Danimarkanın kritik infrastrukturuna edilən ən ciddi hücum" kimi qiymətləndirib. Baş nazir hesab edir ki, mümkün məqsəd "xaos və narahatlıq yaratmaq, sərhədləri sınaqdan keçirmək və onların nə qədər uzağa gedə biləcəyini görmək" idi.

Qeyd edək ki, Moskva bütün ittihamları rədd edib.

Belə ki, Kremlin sözçüsü Dmitri Peskov deyib: "Biz onlardan hər dəfə əsassız ittihamlar eşidirik. Ciddi və məsuliyyətli tərəf bunları təkrar-təkrar səsləndirməməlidir".

Öz növbəsində, Danimarka kəşfiyyat direktoru Fleminq Dreyjer qeyd edib ki, səlahiyyətlilər "bütün imkanları nəzərdən keçirir", lakin hazırkı beynəlxalq şəraitdə bu cür təhdidlərə ciddi nəzarət edildiyini vurğulayıb.

Polis də vəziyyəti son dərəcə ciddi hesab edir.

Kopenhagen polis direktoru Anne Tönnäs beynəlxalq hava limanının bir neçə saatlıq bağlanmasının ciddi nəticələrə səbəb olduğunu vurğulayıb.

O, İsveç və Norveç də daxil olmaqla, milli və beynəlxalq agentliklərin iştirakı ilə hərtərəfli araşdırmaya başlanıldığını təsdiqləyib.

Elə həmin gecə Oslo üzərindəki hava məkanında pilotsuz təyyarələr də müşahidə edildi və bu da hava limanını bağlamağa və uçuşları ləğv etməyə məcbur etdi.

Nəticədə on minlərlə sərnişin qapalı qalıb. İnsident Rusiya pilotsuz təyyarələrinin ötən həftə üç rus qırıcısının tutulduğu Polşa, Rumıniya və Estoniyanın hava məkanına soxulması ilə bağlı artan xəbərlər fonunda baş verib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə