"Taliban" Trampın ultimatumunu kəskin şəkildə rədd edib...
...Və SİA-nın əldə etdiyi məlumata görə, Bloomberg xəbər verir ki, “Taliban” ABŞ prezidenti Donald Trampın hazırda Əfqanıstan rejiminin nəzarətində olan Baqram aviabazasını Amerikanın nəzarətinə qaytarmaq çağırışına sərt reaksiya verib.
...Əfqanıstan tamamilə müstəqildir, öz xalqı tərəfindən idarə olunur və heç bir xarici dövlətdən asılı deyil. Biz heç bir zorakılıqdan və ya təcavüzkardan qorxmuruq.
Qeyd edək ki, bunu Silahlı Qüvvələrin Baş Qərargah rəisi Fəsihəddin Fitrət dövlət televiziyasında Kabildə çıxışı zamanı deyib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə