Kubanın Baş nazirinin müavini Rikardo Kabrisas vəfat edib. SİA xəbər verir ki, bu barədə ölkə prezidenti Migel Dias-Kanel məlumat verib. “Bu, Kuba üçün çox kədərli xəbərdir - bizim əziz dostumuz Rikardo Kabrisas Ruis dünyasını dəyişdi. O, bütün həyatını İnqilaba həsr etmiş istisna bir şəxsiyyət idi”, — Dias-Kanel "X" sosial şəbəkəsindəki rəsmi hesabında yazıb. Rikardo Kabrisas Kuba siyasətində əsas fiqurlardan biri olub. Onun ölümü hökumət və bütün Kuba xalqı üçün ağır itki sayılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB