...Lukaşenko Belarus və Pakistan hökumətləri arasında əmək və məşğulluq sahəsində əməkdaşlığa dair anlaşma memorandumunun layihəsini təsdiq edən fərman imzalayıb
. SİA-nın Belarus saytlarından əldə etdiyi məlumata görə, sənəd Milli Hüquq Portalında dərc olunub.
Sənəddə bildirilir ki, Belarus Daxili İşlər Nazirliyi memorandum layihəsi üzrə danışıqlar aparmaq və lazım gəldikdə ona fundamental xarakter daşımayan dəyişikliklər etmək hüququ alıb.
Təsdiq edilmiş layihə çərçivəsində razılıq əldə edildikdən sonra departamentin memorandumu imzalamaq səlahiyyəti də var.
Bundan əvvəl Lukaşenko pakistanlı mütəxəssislərin Belarusa cəlb olunmasında maraqlı olduğunu açıqlamışdı.
Onun sözlərinə görə, bu, 100-150 min nəfər ola bilər. Məsələn, belə işçiləri Baranoviçi Kimya-Bioloji Zavoduna cəlb etmək olar.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə