…Kraliça II Yelizavetanın və şahzadə Filippin yeganə qızı Annanın 75 yaşı tamam oldu.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu hadisənin şərəfinə kral ailəsi Şahzadə Annanın yeni portretini nəşr etdirib.
Kral III Çarlzın bacısının fotosu bir gün əvvəl monarxın və onun həyat yoldaşının sosial şəbəkədəki rəsmi hesabında peyda olub.
Həmçinin, kral ailəsinin hesabında kiçik Anna və gələcək kralı, həmçinin Elizabet və Filipi tutan arxiv görüntülərindən təsirli video yayımlanıb.
Nəşrin altında "Şahzadə Annanın 75 illik yubileyi ərəfəsində xoş xatirələr" yazılıb.
...Yeri gəlmişkən, Meqan Marklın sözlərinə görə, Kral III Çarlz şahzadə Harriyə təzyiq göstərir və onu boşanmağa sövq etmək istəyir. Qeyd edək ki, Şahzadə Harri və həyat yoldaşı Meqan Markl beş ildir ki, ABŞ-da yaşayırlar və bütün bu müddət ərzində kral ailəsinin “qaçaq” üzvü ilə qohumları arasında gərginlik daha da artıb.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə