Şərqi Qazaxıstanın ən mənzərəli guşələrindən biri olan Katon-Qaraqay Milli Parkı müvəqqəti olaraq turistlər üçün bağlanıb. SİA “Kazinform” agentliyinə istinadla xəbər verir ki, iyulun 28-dən yanğın təhlükəsi ilə əlaqədar onun ərazisində girişə məhdudiyyətlər tətbiq edilib.
Ərazidə beşinci dərəcəli yanğın təhlükəsi qeydə alınıb. Havanın quru və isti keçməsi ilə əlaqədar meşə sahəsi yanğın təhlükəsi ilə üzləşib, buna görə də insanların dövlət meşə fondu ərazisində olmasının məhdudlaşdırılması qərara alınıb.
Məhdudiyyətlərin qüvvədə olduğu dövrdə bütün turizm marşrutları, dayanacaqlar və ziyarət zonaları müvəqqəti olaraq bağlanıb.
Qeyd edək ki, beşinci dərəcəli yanğın təhlükəsi bundan əvvəl Almatı və ölkənin bir sıra digər regionlarında da müəyyən edilib. Xilasedicilər və ekoloqlar vətəndaşları meşəyə getməməyə və təbiətdə təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırır.
Bütün xəbərlər Facebook səhifəmizdə