Perunun Kallao bölgəsi sahillərində 6,1 bal gücündə zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə ölkənin Seysmoloji Mərkəzi məlumat yayıb. Onun sözlərinə görə, yeraltı təkanlar saat 11:35-də (Bakı vaxtı ilə 18:35) baş verib. Zəlzələnin episentri Lima yaxınlığında yerləşən Kallao Konstitusiya əyalətindən 30 km cənub-qərbdə yerləşib.
Zəlzələnin ocağı 49 km dərinlikdə yerləşib. Tələfat və dağıntılarla bağlı məlumat verilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə