...Macarıstanın baş naziri Viktor Orban deyib ki, Moskva yalnız beynəlxalq səhnədə güc nümayişinə reaksiya verir və Avropa öz gücünü artırmalıdır.
...Düşünürəm ki, ruslar yalnız güc dilini başa düşürlər. Avropa uzunmüddətli perspektivdə özünü gücləndirməlidir, Rusiya ilə strateji razılaşma lazımdır.
SİA-nın məlumatına görə, o bunu Fransanın LCI telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Rusiyanın Ukraynanı təslim olmağa məcbur etmək üçün kifayət qədər gücü yoxdur və bundan belə nəticə çıxır ki, münaqişənin bundan sonra yayılması olmayacaq. Ruslar bunun üçün çox zəifdirlər. Onlar hətta Ukraynanı məğlub edə bilmirlər, ona görə də NATO-ya həqiqətən hücum edə bilməzlər.
Bunu da Macarıstanın baş naziri vurğulayıb.
Eyni zamanda o, Kiyevin “NATO və ya Avropa Birliyinə üzv olmağa layiq olmadığı” tezisini təkrarlayıb.
O, öz mövqeyini belə bir ssenaridə Macarıstan və Aİ-nin Rusiya ilə birbaşa müharibə təhlükəsi altında qalacağı ilə əsaslandırıb.
...Düşünürəm ki, biz Ukraynanın tarixini fransızlardan bir qədər yaxşı başa düşürük. Biz hesab edirik ki, rusları sevməməliyik, lakin onlarla danışıqlar aparmalıyıq.
Bunu da Orban qeyd edib.
O, daha əvvəl bəyan etmişdi ki, Ukrayna NATO-ya üzv olmayacaq və müharibədən sonra Rusiya ilə Şimali Atlantika Alyansı arasında “bufer zona”ya çevriləcək.
Həmçinin müsahibə zamanı Macarıstanın baş naziri xatırladıb ki, o, əvvəllər Avropa dövlətlərinin liderlərini Vladimir Putinlə dialoqu bərpa etməyə çağırıb, çünki onun fikrincə, bunsuz Ukraynada sülh yolu ilə nizamlanma mümkün deyil.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə