Kiyevdə Rusiya tərəfindən həyata keçirilən kütləvi hücum nəticəsində həlak olanların xatirəsi anılacaq. Aprelin 25-i matəm günü elan edilib.
SİA-nın məlumatına görə, bu barədə Kiyev meri Vitali Kliçkonun teleqramda paylaşdığı məlumata istinadla xəbər verir.
“Sabah, 25 aprel düşmənin paytaxta kütləvi hücumunun qurbanlarının xatirəsinə matəm günü elan edilib”, – deyə şəhər meri bildirib.
Yerli hakimiyyət və Ukrayna Fövqəladə Hallar Xidməti məlumat veriblər ki, Rusiyanın hücumu nəticəsində Kiyevdə doqquz nəfər həlak olub. Bütün qurbanlar raketin düşdüyü Svyatoşinski rayonundandır. Orada yaşayış binası qismən dağılıb.
Rusiyanın Kiyevə hücumu nəticəsində 77 nəfər yaralanıb, yaralananlar arasında uşaqlar da var.
Rusiya ordusu 24 aprel gecəsi Ukraynaya kütləvi zərbələr endiriblər. Ruslar 70 raket və 145 pilotsuz uçuş aparatı buraxıblar. Onların arasında ballistik raketlər də olub, bəziləri hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.
Rusiya qoşunları əsas zərbəni Kiyevə endirib. Məlum olduğu kimi, hücum nəticəsində Kiyevin bir neçə rayonu, ən çox isə Svyatoşinski rayonu zərər çəkib.
Bundan əlavə, Xarkov, Jitomir, Sumı və Xmelnitski vilayətlərində də xəsarət alanlar var.
Bütün xəbərlər Facebook səhifəmizdə