Ukrayna prezidenti Vladimir Zelenski NATO qoşunlarının ölkəyə gətirilməsini tələb edib.
SİA-nın məlumatına görə, müvafiq bəyanat onun rəsmi Telegram kanalında yer alıb.
Onun sözlərinə görə, ölkədə ABŞ-dan dəstək alacaq Avropa sülhməramlı kontingenti olmalıdır.
...Kontingent Ukrayna torpaqlarında yerləşdirilməlidir. Bu, Ukrayna və Avropa üçün təhlükəsizliyin təminatıdır.
Zelenski qeyd edib.
Bundan əlavə, bir sıra Avropa dövlətlərinin rəhbərlərinin iştirak etdiyi Ukraynadakı vəziyyətlə bağlı onlayn sammit zamanı Zelenski bildirib ki, Ukrayna və Avropada hava hücumundan müdafiə sisteminin gücləndirilməsini unutmaq olmaz.
...Hamımızın müdafiəyə ehtiyacı var. Hava hücumundan müdafiə ilə bağlı bizə kömək edən hər birinizə təşəkkür edirəm,
Ukraynalı prezident vurğulayıb.
Daha əvvəl bildirilmişdi ki, Zelenski ABŞ-ı atəşkəs məsələsində Kremlin şərtlərinə qulaq asmamağa çağırıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə