Ticarət mərkəzinin damı uçdu - ölənlər var

Perunun şimal-qərbində yerləşən Trujillo şəhərində ticarət mərkəzinin damının uçması nəticəsində azı 6 nəfər ölüb, 80-dən çox insan yaralanıb. SİA xəbər verir ki, bu barədə Teleqraf məlumat yayıb. Məlumata görə, dam yemək meydançasının yerləşdiyi əraziyə düşüb. Çökməyə yağış sularının damda yığılmasının səbəb olduğu ehtimal edilir. Hadisənin səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə