Zelenski onların təhlükəsi barədə xəbərdarlıq edib

Belarusda keçiriləcək “Zapad-2025” təlimlərinin başlama tarixi açıqlanıb

...Rusiya ilə birgə “Zapad-2025” təlimləri sentyabrın ortalarında keçiriləcək. BELTA xəbər verir ki, bu barədə jurnalistlərə Beynəlxalq Hərbi Əməkdaşlıq Departamentinin rəhbəri - müdafiə nazirinin beynəlxalq hərbi əməkdaşlıq üzrə köməkçisi Valeri Revenko məlumat verib.

Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski bu təlimlərin təhlükəsi barədə bir neçə dəfə açıqlama verib.

...Yazda, yayda və ya payızda Putinin Belarus ərazisində qüvvələrinin olacağını görəcəksiniz. Və bir çox avropalılar, hətta bəlkə də ABŞ deyəcək ki, bu, qorxudur. Bu, Polşanı qorxutmaq, Litvanı və digər Baltikyanı tərəfdaşları qorxutmaqdır.

SİA-nın məlumatına görə, bunu Zelenski bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə