Danimarka müdafiəyə 17 milyard dollar xərcləmək niyyətindədir

Danimarka 2034-cü ilə qədər müdafiə xərclərinə 17 milyard dollar sərf etməyi planlaşdırır. SİA xəbər verir ki, bu barədə Danimarkanın Baş naziri Mette Frederiksen jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, dünya hazırkı vəziyyətinə görə narahatedici görünür, lakin tezliklə hər şeyin bitəcəyini düşünməyə əsas yoxdur. O həmçinin qeyd edib ki, baş qərargah rəisinin verdiyi tapşırıq aydındır: “Alın, alın, alın!”. Bu, Danimarkanın müdafiə gücünü artırmaq istiqamətindəki strateji yanaşmasını əks etdirir.

Danimarka hökuməti müdafiə xərclərini maliyyələşdirmək üçün yumşaldılmış fiskal siyasət və gözlənilən büdcə gəlirlərinin artımından istifadə edəcək. Həmçinin, Danimarka Avropa İttifaqında büdcə qaydalarının daha çevik olması təşəbbüsünü dəstəkləyir ki, bu da müdafiə sahəsinə daha çox sərmayə qoyulmasına imkan verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə