Qazaxıstan tranzit daşımalarının həcmini 74 milyon tona çatdırmağı planlaşdırır
Ötən il Qazaxıstandan tranzit daşımalarının həcmi 34 milyon tonu keçib ki, bu da 2023-cü ilin analoji dövrü ilə müqayisədə 6 faiz çoxdur. SİA Qazaxıstan mediasına istinadla xəbər verir ki, bunu ölkənin Nəqliyyat Nazirliyinin Nəqliyyat Siyasəti Departamentinin direktoru Nurlan Kenesov söyləyib.
“Tranzit yüklərinin 80 faizi dəmir yolu, 20 faizi isə avtomobil nəqliyyatı ilə daşınıb”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, Qazaxıstanın nəqliyyat-logistika potensialının inkişafı konsepsiyası çərçivəsində 2030-cu ilə qədər infrastrukturun inkişafı üzrə kompleks tədbirlər həyata keçiriləcək. Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutu və “Şimal-Cənub” dəhlizinin şərq marşrutuna xüsusi diqqət ayrılıb.
“2030-cu ilə kimi Qazaxıstan tranzit daşımalarının həcmini 74 milyon tona çatdırmağı planlaşdırır”, - deyə o söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə