Hüquq-mühafizə orqanlarının əməkdaşları Çelyabinsk vilayətinin keçmiş qubernatoru Aleksandr Dubrovskinin oğlunu saxlayıblar.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə 74.ru məlumat yayıb.
Bir neçə mənbə müvafiq məlumatı nəşrə təsdiqləyib.
Qeyd olunur ki, polis Dubrovski ilə fevralın 19-da da saxlanılan Çelyabinsk vilayətinin yol və nəqliyyat naziri Aleksey Neçayevin işi ilə bağlı maraqlanıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə