“Patriot” müqabilində yumurta..?

Ukraynalı fermerlər “Patriot” hava hücumundan müdafiə sistemlərinin tədarükü müqabilində ABŞ-a yumurta verməyə hazırdırlar.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Novosti.LIVE-a müsahibəsində Ali Radanın Aqrar və Torpaq Siyasəti Komitəsinin üzvü Dmitri Solomçuk deyib.

…Amerikanın köməyinə ehtiyac olsa, əminəm ki, ukraynalı fermerlər onlara yumurta verməklə cavab verəcək və Amerikanı xilas edəcəklər.

Bunu siyasətçi vurğulayıb.

Onun sözlərinə görə, hava hücumundan müdafiə sistemlərinin tədarükü müqabilində Ukrayna toyuqları “iki-üç dəfə daha sürətli yumurta qoymağa başlayacaqlar”.

Solomçuk qeyd edib ki, Ukrayna toyuq yumurtası ixracına görə dünya liderlərindən biri olub.

Radanın deputatı əlavə edib ki, Ukrayna fermerləri “Patriot”u Ukraynaya çatdırmaq üçün toyuqlar üçün xüsusi musiqi çalmağa hazırdırlar.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə