…Rusiya Suriyadakı Tartus və Xmeymimdəki hərbi bazalarındakı mövcudluğunun uzadılması ilə bağlı ölkənin yeni hökuməti ilə danışıqların son mərhələsindədir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Bloomberg yazıb.
…Rusiyanın Suriyada azaldılmış hərbi mövcudluğunu saxlaması ehtimalı var. Moskva Suriyanın yeni hökuməti ilə ölkədə bəzi personal və avadanlıq saxlamağa imkan verəcək razılaşmaya yaxındır.
Bloomberg bunu danışıqlar prosesinə yaxın mənbələrə istinadən yazır.
…Onlar qeyd ediblər ki, hazırkı danışıqların razılaşmaya gətirib çıxaracağına dair hələ heç bir təminat yoxdur. Onlar həmçinin aydınlaşdırıblar ki, Rusiya hərbçilərinin mövcudluğu Suriyanın yeni rəhbərliyinə Türkiyənin artan təsiri qarşısında tarazlığı saxlamağa kömək edə bilər.
Rusiya ilə Suriyanın yeni hakimiyyət orqanları arasında yekun razılaşmanın yaxın vaxtlarda imzalanması gözlənilir.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Suriyanın keçid dövrünün rəhbəri Əhməd əl-Şaraa ilə telefonla danışıb. Telefon danışığı zamanı Rusiya lideri Suriyadakı Rusiya hərbi bazalarının gələcəyini müzakirə edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə