Etirazçılar Los-Ancelesdə əsas magistral yolu bağlayıblar

Xəbər verildiyi kimi, bazar ertəsi, fevralın 3-də Los-Ancelesdə kütləvi deportasiyaya qarşı etirazçılar bir neçə saat ərzində şəhərin əsas magistral yolunu bağlayıblar.

SİA xəbər verir ki, bu barədə AP məlumat yayıb.

Səhər saatlarında Los-Ancelesin Olvera küçəsində toplaşan etirazçılar daha sonra meriyaya doğru yürüş ediblər.

Onlar immiqrasiya islahatlarına çağırıb və “Heç kim qeyri-qanuni deyil” kimi şüarlar yazılmış plakatlar tutublar. Günorta saatlarında etirazçılar ABŞ 101-in bütün zolaqlarını bağladılar və hər iki istiqamətdə nəqliyyatın geri qalmasına səbəb oldular.

Yerli polisin bildirdiyinə görə, magistral yolun tamamilə açılmasına beş saatdan çox vaxt sərf olunub.

Həmçinin ölkənin şərqində, Riversayd şəhərində yüzlərlə insan küçələrə çıxaraq etiraz aksiyası keçirib.

Yoldan keçən sürücülər səs siqnalı verib nümayişçilərə dəstək veriblər.

Yanvarın 28-də Ağ Evin mətbuat katibi Carolyn Leavitt deyib ki, Tramp Amerika tarixində “ən böyük kütləvi deportasiya əməliyyatı” keçirməyi planlaşdırır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə