NATO-nun baş katibi Trampın Ukrayna ilə bağlı haqlı olduğunu deyib

Mark Rutte Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi ideyasını dəstəkləyib

NATO-nun baş katibi Mark Rutte ABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı yeni mümkün sanksiyalarla bağlı açıqlamasına müsbət cavab verib.

SİA-nın məlumatına görə, Rutte bunu Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində CNBC-yə şərhində bildirib.

Rusiya iqtisadiyyatının çox pis vəziyyətdə olduğunu bildiklərini deyən Rutte, “Trampın Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməsinə dair mövqeyindən çox, çox məmnun oldum”- deyib.

NATO-nun baş katibi Avropanın “Rusiya iqtisadiyyatını boğmaq” və Moskvanın hərbi xərclərini azaltmaq üçün sanksiyaları gücləndirəcəyinə ümid etdiyini bildirib.

...Tramp haqlıdır ki, Ukrayna Avropaya daha yaxındır. Lakin Tramp həm də haqlıdır ki, bu, geosiyasi münaqişədir, ona görə də əminəm ki, ABŞ bunun yaxşı və güclü razılaşma ilə bitməsini istəyir.

Bunu deyən Rutte vurğulayıb ki, istənilən sülh sazişinin nəticəsi “davamlı” olmalıdır. Əks halda, Çin və Şimali Koreya da daxil olmaqla Rusiyanın müttəfiqləri beşlikdə qalacaqlar.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə