Hüquq-mühafizə orqanlarının əməkdaşları Ukraynanın 4 vilayətində qanunsuz silah satışını ifşa etmək üçün xüsusi əməliyyat keçirib və 15 nəfər saxlanılıb. Bu barədə SİA Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) saytına istinadla xəbər verir.
“Təhlükəsizlik Xidməti və Milli Polis Ukraynanın dörd regionunda ələ keçirilən silah və sursatların qanunsuz satışının qarşısını alıb”, - deyə məlumatda bildirilir.
Xüsusi əməliyyat nəticəsində 24 saat ərzində, demək olar ki, eyni vaxtda qanunsuz olaraq hərbi silah satışına cəhd edən 15 təqsirləndirilən şəxs saxlanılıb.
“Hadisəni törədənlərdən müsadirə edilən silahlar arasında Rusiyanın “Kalaşnikov” avtomatı, “Oçaq” lüləli qumbaraatan, bir dəstə qumbara və partlayıcı maddələr də olub”, - deyə UTX əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə