Böyük Britaniya hökuməti rəqəmsal sürücülük vəsiqələrini yeni bir smartfon tətbiqi vasitəsilə təqdim etməyi planlaşdırır. SİA “BBC”yə istinadla xəbər verir ki, bu vəsiqələr spirtli içkilərin alınması, seçkilərdə səsvermə və ya daxili uçuş reyslərinə minmə kimi hallarda şəxsiyyəti təsdiq edən sənəd kimi də istifadə oluna biləcək. Qeyd olunub ki, fiziki sürücülük vəsiqələri yenə də veriləcək, ancaq sürücülər könüllü olaraq rəqəmsaq vəsiqələri seçə biləcəklər.
Hökumət sözçüsü bildirib ki, texnologiyadan istifadə etməklə insanların həyatını asanlaşdırmağa və ictimai xidmətləri transformasiya etməyə sadiqdir.
Bütün xəbərlər Facebook səhifəmizdə